QORUQLAR
Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1974
Sahə (hektar): 107
Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
Qısa məlumat: Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə
nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika
qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır.
Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun
yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800
m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir.
Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin
iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları
yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə
torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə
onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada
az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə
alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır. Bəsitçay Dövlət
Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun
qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar
meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq,
və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir.
Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri
isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu,
porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac,
göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması
Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması
üçün diqqətəlayiq tədbirdir.
Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1978
Sahə (hektar): 9,658
Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının
Kürətrafı meşələrində.
Qısa məlumat: Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi
qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir.
Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün
hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların
cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər
ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə
başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının
sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə
davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi
dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən
ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə
örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji
xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki
örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə
və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən
uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca
söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda
onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm
verən lianlara da rast gəlinir. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı
meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan,
çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.
Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin,
alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə
qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir;
burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl
və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər
vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi
sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini
qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib
yaxşılaşdırmaqdır.
Adı: Qaragöl Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1987
Sahə (hektar): 240
Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus
rayonu sərhəddində
Qısa məlumat: Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir.
Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə
malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması
və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub
hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən
soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır.
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən
ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil
etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar
olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi
bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla
zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı
aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara,
dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Hal-hazırda Qaragöl qoruğunun
işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki
siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.
Adı: Göy-göl Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1925
Sahə (hektar): 6,732
Olduğu yer: Xanlar rayonunun ərazisində, Kiçik Qafqaz sıra
dağlarının şimal-şərq hissəsində.
Qısa məlumat: Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci
il tarixli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Qoruq içməli su
mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi,
Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması,
mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göy-göl qoruğunun əsas hissəsinin
relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar
səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti
iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd
edir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta
dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə
olunan obyektlərindəndir. Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş
növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq,
meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər ularıqara kərkəs,kəklik
və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin – Şərqi Qafqaz
təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı
kitablarda Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların
da adı vardır. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri
yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki
örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Ot bitkilərindən Qafqaz
bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi,
çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar. Qoruğun filialı
kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş
və 2004-cü ildə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1929
Sahə (hektar): 88,360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac
körfəzində
Qısa məlumat: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı
ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən
Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin
körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində
vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi
və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət
Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında
məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq,
onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac
Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq
regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli
qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra
və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim
tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim
keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə
25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu
cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş
sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq,
sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari,
ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30
növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq,
kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış
quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara
leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək,
sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu,
çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın
«Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri
yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi,
uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır.
Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.
Adı: İlisu Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1987
Sahə (hektar): 17381,5
Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub
yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında
Qısa məlumat: Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı
ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv
parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində
qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti
iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd
edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə,
çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu
qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki
növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı,
Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa,
yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını
bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun ərazisində 5
dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar ( nəcib maral, cüyür,
köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə
dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan,
süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər,
nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır;
onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü
yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara
aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların
5 (qurbağalar) növü yayılmışdır.
Adı: İsmayıllı Dövlət Təbiət Qoruğu.
Yaradıcılığı il: 1981
Sahə (hektar): 16,740
Olduğu yer: İsmayıllı rayonunun ərazisində.
Qısa məlumat: İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qafqazın
cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə qurşağının təbii
kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli nümunələrini, heyvanlar aləmini,
onların nadir və qiymətli növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək,
həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır.
Qoruq dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən ibarətdir.
Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu meşələrini
əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və cənub-şərqdən Axoxçay boyunca
Talıstan meşələri, cənubdan Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay
çayı ilə sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir
(600 m). Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə
torpaqları,subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən torpaqları yayılmışdır.
Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən
də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq
palıd palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na
daxil edilmişdir. İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də çox zəngindir.
Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq,
meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta,
bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır.
Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil
edilmişdir.
Adı: Pirqulu Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1968
Sahə (hektar): 4,274
Olduğu yer: Şamaxı rayonunun ərazisində, Böyük Qafqaz sıra
dağlarının şərq qurtaracağında
Qısa məlumat: Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya
proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən
atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik
dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit
qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi,
eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması,
elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması
olmuşdur. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq ağaclarıdır. Pirqulu
Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir: Araxçın sahəsi
1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı
dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir.
Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında
yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında
yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış
dağ- çəmən landşaftının təbiəti üçün səciyyəvidir. 3. Jəngi sahəsi aşağı dağ-meşə
yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Jəngi çayı
hövzəsinin sol (Jəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə
edir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz
vələsindən əmələ gəlmişdir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə,
ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil,
yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır. Heyvanat
aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl
donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə,
ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin,
sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf
olunur. Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı düşən məməlilərdən
qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.
Adı: Türyançay Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1958
Sahə (hektar): 22488
Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində,
Turyançayın sağ kənarında.
Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında
məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın
arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə
və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim
Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti
keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox
ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq
doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf
etmişdir. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ,
tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar.
İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez
rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi,
leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü,
dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda
Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına
təsadüf edilir.
Adı: Zaqatala Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 1929
Sahə (hektar): 23844
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük
Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.
Qısa məlumat: Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın
ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala
Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz
torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən
yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub
yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.
Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan
ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar
və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda
1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən
fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam
və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır.
Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və
2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin
aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər
üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimali-şərq
hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim
əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli
istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin
Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı,
yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında
dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən
və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi
bu baxımdan əhəmiyyətlidir.
Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 2004
Sahə (hektar): 1686
Olduğu yer: Samux rayonunun ərazisində
Qısa məlumat: Qoruğun yaradılmasının başlıca məqsədi genetik
fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət
komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə
vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq
məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının
yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm. Onun adı Azərbaycan Respublikasının
«Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük
təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.
Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.
Adı: Şahbuz Dövlət Təbiət Qoruğu
Yaradıcılığı il: 2004
Sahə (hektar): -
Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və
Biçənək aşırımı ərazilərində
Qısa məlumat: Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə
2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü
olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət
Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan
Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən
65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər. Batabat
su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2),
Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln.
m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına
formalaşır. Ərazi flora cəhətdən çox zəngindir. Naxçıvan Muxtar Respublikasında
bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz
Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi
burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i
palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə
alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil
edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik,
oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu,
hop-hop və başqaları məskunlaşmışdır. Muxtar Respublika ərazisində məskunlaşmış
quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında
12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar,
tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara
qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur.
Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə
növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda
və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə
Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi
qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr
tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.
| 10.09.2010 | |
| Ağcabədi | +25 +27 °C |
| Bakı | +24 +26 °C |
| Balakən | +23 +25 °C |
| Gəncə | +20 +22 °C |
| Ismayıllı | +25 +27 °C |
| Əli-Bayramlı | +26 +28 °C |
| Lənkəran | +22 +24 °C |
| Naxçıvan | +24 +26 °C |
| Qazax | +22 +24 °C |
| Sumqayıt | +23 +25 °C |
| Xaçmaz | +20 +22 °C |
| Yevlax | +26 +28 °C |
| 03.07.2010 | |
| USD | - 0.80 |
| GBP | - 1.20 |
| EUR | - 1.01 |
| RUR | + 0.03 |
| JPY | 1.00 |