Mədəniyyət
Azərbaycan mədəniyyətinin kökləri qədim dövrlərə gedib çıxır. Bunu Qobustanın
daşları üzərindəki petroqliflər, Naxçıvandakı Gəmiqaya, Kəlbəcərdəki Dəlidağ,
Neolit və Tunc dövrlərinin qədim keramikası, çoxsaylı dəfn yerlərindən və məskənlərdən
tapılmış ornamentli tunc əşyalar, qızıl və gümüş məmulatlar sübut edir.
Azərbaycanda qədim inanlar (animizm, əcdadların kultu və s.) inkişaf prosesində
e.ə. 1-ci minilliyin ortalarında zərdüştilik dini ilə sıxışdırıldı. Yer üzündə
ən qədim dinlərdən biri olan zərdüştiliyin dualist konsepsiyasına görə, dünyanı
Xeyir və Şər, Ahura Mazda və Əhrimən idarə edir. Zərdüştiliyə tapınanların başlıca
mənəvi vəzifələrindən biri seçim konsepsiyası idi. Əsas bayramlardan biri Xeyirim
Şər üzərində qələbə çaldığı Novruz (“Yeni gün”) idi. Əsrlər keçdikcə, Novruz
artıq Azərbaycanda bahar bayramı, gecə ilə gündüzün bərabərləşdiyi gün kimi,
təbiətin oyanışı kimi qeyd olunur. Martın 21-dən başlayan bu bayram bir neçə
həftə davam edir.
Orta əsrlərdə şəhərlər başlıca mədəni, siyasi, inzibati və ticarət mərkəzlər
kimi inkişaf edirdi: Şamaxı, Gəncə, Bakı, Bərdə, Şəki, Təbriz, Naxçıvan, Şabran,
Ərdəbil, Marağa, Qəbələ, Beyləqan və s. Orta əsr müəllifləri Azərbaycanı yüz
şəhər ölkəsi adlandırırdı. 5 əsrdə Qafqaz Albaniyasının öz yazı əlifbası var
idi. Alban salnaməçisi Musa Kalantuklu “Albanların tarixi” ni yazmışdır. Bu
salnaməyə alban şairi Davdəkin böyük Cavanşirin ölümünə yazdığı poema da daxildir.
7 əsrin sonu – 8 əsrin əvvəlində, artıq şəhər əhalisinin əksəriyyəti islamı
qəbul etdikdən sonra, yeni mədəniyyət yarandı və alban yazısını ərəb yazısı
əvəzlədi. Ölkədə çoxlu məktəb və mədrəsələr açıldı. Burada Quranla yanaşı riyaziyyat,
tibb, astronomiya, fəlsəfə və digər elmlər öyrənilirdi. Bu dövrdə və sonra da
ölkədə intensiv tikinti işləri aparıldı. Azərbaycanın İntibah dövrünü əhatə
edən 11-12 əsrlərdə çoxlu dini tikililər, məscidlər, qəsrlər, qalalar, irriqasiya
sistemləri yaradıldı.
Bu dövrdə filosof Bəhmənyar, tarixçi Məsud ibn Namdar, memar Əbubəkr Ə cəmi, şair Məhsəti Gəncəvi, dahi şair və filosof Nizami Gəncəvi, şair və mütəfəkkir Əfzələddin Xaqani və b. yaşayıb – yaratmışlar. Türk – oğuz eposu “Kitabi – Dədə Qorqud” da bu dövrdə birdəfəlik formalaşmışdır. Şahmat, nərd, çovqan oyunları geniş yayılmışdı. Demək olar ki, hər bir şəhərdə zorxanalar var idi. Bakıdakı Qız qalası, Naxçıvandakı türbələr, Pirsaat çayı üstündəki xanagah da bu dövrün abidələridir.
13-15 əsrlərdə də, müharibələrə və işğallara baxmayaraq, intensiv mədəni inkişaf
davam edirdi. Azərbaycan dilində Həsənoğlunun divanı, şair Əlinin “Qisseyi Yusif”
kimi incilər yarandı. Dahi Azərbaycan alimi, astronom və filosof Nəsirəddin
Tusinin təşəbbüsü ilə Marağada böyük rəsədxana inşa edilmişdi. Müsəlman dünyasının
sonraki astronomları da Tusini özlərinin müəllimi həsab edirdilər. Rəsədxanada
o vaxta qədər elmə məlum olmayan, Tusinin özü tərəfindən quraşdırılmış cihazlar
və qurğular yerləşdirilmişdi. Elə bu əsrlərdə məşhur musiqişünaslar Səfiəddin
Urməvi və Əbdülqədir Marağayi orijinal və bənzərsiz musiqi not sistemini yaratdılar.
Bu dövrün mədəniyyəti görkəmli şəxsiyyətləri, filosof və şairləri ilə diqqət
çəkir: İmadəddin Nəsimi, Bədr Şirvani, Əbdürrəşid Bakuvi, Seyid Yəhya Bakuvi,
məşhur tarixçi Rəşidəddin. Bir çox görkəmli şair, riyaziyyatçı və filosoflar
məhəbbət lirikası pərdəsi altında lirikası pərdəsi altında sufi fəlsəfisinin
ali prinsiplərin inkişaf etdirmişlər. Nəsimi və Bakuvi kimi sufi filosofları
universal dəyərlər mədəniyyətini zənginləşdirmişlər.
Səfəvilər dövründə (16 əsr) miniatür sənəti və xəttatlıq yeni impuls aldı. Bu
dövrdə bütün Şərqdə məşhur olan Təbriz miniatür məktəbi və onun ən parlaq nümayəndəsi
Sultan Məhəmmədin yaradıcılığı çiçəklənmə dövrünü yaşayırdı. Məhəmməd Füzulinin
(1494-1556) “Leyli və Məcnun” poeması poetik yaradıcılığın zirvəsi idi. Şifahi
xalq yaradıcılığı da inkişaf edirdi. “Koroğlu” eposu geniş yayılmışdı. Belə
ki, Koroğlunun əfsanəvi Çənlibel qalasının mövcud olması bir neçə məkanla bağlıdır.
Orta əsrlərdə Azərbaycanda tətbiqi sənətlər – şüyrələnmiş keramika, metal məmulatlar,
rəngli şüşə istehsalı, xalçaçılıq və toxuculuq geniş yayılmışdı. Bunların görkəmli
sənət nümunələri dünyanın aparıcı muzeylərində – Ermitajda, Luvrda, Topqapıda,
Viktoriya və Albert muzeyində, Metropoliten – muzeydə və s. – də saxlanılır.
Yerli sənətkərların şöhrəti elə geniş yayılmışdı ki, onları digər ölkələrə
dəvət edir, bəzən də müharibələr vaxtı zorən aparılırdılar. Məs., Azərbaycanın
memarları, misgərləri, xəttatları və daş ustaları Səmərqəndin, Şəhrisəbzin,
İraqın və Hindistanın bir çox memarlıq incilərinin tikintisində iştirak etmişlər.
Azərbaycan Rusiya imperiyasına qatıldıqdan sonra Avropa mədəniyyətinin güclü
təsir dövrü başladı. Bu, əksini memarlıqda, təsviri sənətdə, ədəbiyyatda, təhsildə
və s.-də tapmışdır. 19 əsrdə Azərbaycan tarixinə həsr olunmuş ilk əsər, Abbasqulu
ağa Bakıxanovun “Gülüstani-irəm” əsəri yazıldı. Azərbaycan dramaturqiyasının
banisi Mirzə Fətəli Axundov (1812-1878) həm də realist nəsr nümunələri yaratdı.
1874 – cü ildə Azərbaycan dilində ilk qəzet nəşr olundu. “Əkinçi” qəzetinin
naşiri məşhur pedaqoq və maarifçi Həsən bəy Zərdabi idi.
1873 – cü ildə Azərbaycan dilində ilk teatr tamaşası göstərildi, 1866-ci ildə
isə ilk sərf – nəhv məktəbi açıldı. 19 əsrdə-20 əsrin əvvəllərində Azərbaycan
dilində artıq xeyli sayda qəzet və jurnal nəşr olunurdu: “Hümmət”, “Təkamül”,
həmçinin rus dilində “Bakinski raboçi”, “Kaspi”. Cəlil Məmmədquluzadənin nəşr
etdirdiyi “Molla Nəsrəddin” jurnalı geniş yayılmışdı. Təkcə Azərbaycanda deyil,
bütün mesəlman Şərqində məşhur olan bir çox mədəniyyət xadimləri – karikaturaçı
rəssam Əzim Əzimzadə, satirik şair Mirzə Ələkbər Sabir, şair Əliqulu Qəmküsar
və b. bu jurnalda əməkdaşlıq edirdilər.
1908-ci il yanvarın 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacibəyovun
“Leyli və Məcnun” operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk
milli musiqili komediya “Arşın mal alan” operettasının ilk tamaşası oldu. O
dövrün milli teatr səhnəsində Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa
Əliyev və Sidqi Ruhulla kimi müqtədir sənətkarlar çıxış edirdilər. Azərbaycanın
müasir təsviri sənətinin bünövrəsi də bu dövrdə qoyulmuşdu. Onun başlanğıcında
Bəhruz Kəngərli və Əzim Əzimzadə dururdu. Memarlardan Ploşko, Skibinski, Qoslavski,
Əhməd bəy Zivərbəyov indiki Kukla tetarının binası, Bakı meriyası, Tarix muzeyi,
İncəsənət muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Opera və Balet teatrı,
Şamaxıdakı Cümə məscidi kimi memarlıq inciləri yaratdılar.
Azərbaycanda sovet dövründə memarlıqda yeni cərəyan – konstruktivizm təşəkkül
tapdı: Bakıda indiki Standart bankın binası və s. (Şusev, Vesnin qardaşları
və b.). Milli memarlıq məktəbi Mikayıl Hüseynov, Sadıq Dadaşov, Ə. Qasımzadə,
Ə. İsmayılov, V. Şulgin və b.-nin yaradıcılığı ilə təmsil olunurdu.
O dövrün şair, yazıçı və dramaturqları Hüseyn Cavid, Mikayıl Müşviq, Abbas Səhhət,
Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı və b. Azərvaycan
ədəbiyyatını zənginləşdirmişlər.
Bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov müasir Azərbaycan
musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar. Vaqif Mustafazadə, Əzizə
Mustafazadə, Rafiq Babayev və b. caz musiqiçiləri yaradıcılıqlarında ənənəvi
musiqi motivlərindən istifadə etmişlər.
Yeni dövrün ən tanınmış rəssam və heykəltaraşları Mikayıl Abdullayev, Səttar
Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ələkbər Rzaquliyev, Fuad Əbdürrəhmanov,
Tokay Məmmədov, Ömər Eldarov və b.-dır. Onlar milli rəssamlıq məktəbinin görkəmli
nümayəndələridir. Həsən Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Əjdər İbrahimov
və b. tanınmış kinorejıssorlardır. Məşhur yazıçılar sırasında Maqsud və Rüstəm
İbrahimbəyovlar, Natiq Rəsulzadə, Elçin, Çingiz Abdullayev və b. vardır.
| 10.09.2010 | |
| Ağcabədi | +25 +27 °C |
| Bakı | +24 +26 °C |
| Balakən | +23 +25 °C |
| Gəncə | +20 +22 °C |
| Ismayıllı | +25 +27 °C |
| Əli-Bayramlı | +26 +28 °C |
| Lənkəran | +22 +24 °C |
| Naxçıvan | +24 +26 °C |
| Qazax | +22 +24 °C |
| Sumqayıt | +23 +25 °C |
| Xaçmaz | +20 +22 °C |
| Yevlax | +26 +28 °C |
| 03.07.2010 | |
| USD | - 0.80 |
| GBP | - 1.20 |
| EUR | - 1.01 |
| RUR | + 0.03 |
| JPY | 1.00 |